13 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bostan bitkilərinin sığortalanmasına başlanılıb

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi çərçivəsində bostan bitkilərinin, o cümlədən qarpız bitkisinin sığortalanmasına başlanılıb.

Aqrar Sığorta Fondunun məlumatına görə, aqrar sığorta mexanizmi qarpız əkinlərini çoxsaylı risklərdən qoruyur. Buraya dolu, fırtına-qasırğa, sel-subasma, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri və sair hallar aiddir. Qarpız əkən fermerlər və təsərrüfat sahibləri onu baza sığorta zərfindən əlavə, ayrıca olaraq dolu riski nəticəsində yaranan miqdar itkisi ilə yanaşı, keyfiyyət itkisi üzrə də sığorta edə bilərlər.

Qarpız təsrrüfatlarının baza sığorta zərfi ilə sığortası tarifi ölkənin ayrı-ayrı regionları üzrə fərqlidir və 2,17 faiz - 5,12 faiz arasında dəyişir. Bu bitkinin ən çox əkildiyi Aran bölgəsində sığorta tarifi 2,26 faiz təşkil edir. Hesablanan sığorta haqqının 50 faizini fermerə dəstək üçün dövlət ödəyir. Nəticədə, məsələn, Sabirabad rayonunda 1000 manatlıq qarpız bitkisinin sığortalanması fermerə cəmi 11,3 manata başa gəlir.

Artıq ölkədə qarpız sığortasından faydalanan, yəni qarpız sahələrində baş vermiş hadisələr örə ödəniş alan fermerlər də var. Belə ki, 2024-cü ildə Aqrar Sığorta Fondu tərəfindən Samux raonunda selsubasma hadisəsi baş vermiş qarpız sahəsi üzrə fermerə 94,5 min manat, Kürdəmir rayonunda isə dolu hadisəsi nətiəsində zərər çəkmiş qarpız sahəsi üzrə fermerə 12 966 manat ödəniş edilib.

Təklif olunan sığorta zərfləri, təminat verilən risklər barədə ətraflı məlumatla Fondun rəsmi səhifəsindən (asf.gov.az) tanış olmaq olar.

VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur?