25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bakıda Azərbaycan-Belarus biznes forumu keçirilib

Bakıda Azərbaycan-Belarus biznes forumu keçirilib

İqtisadiyyat Nazirliyinin dəstəyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Belarus Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan-Belarus biznes forumu keçirilib.

Tədbirdə hər iki ölkədən rəsmilər ilə yanaşı, kənd təsərrüfatı, sənaye, logistika, tikinti, ticarət və digər sahələrdə fəaliyyət göstərən 80-dən çox sahibkar iştirak edib.

Forumda çıxış edən AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Azərbaycanın Belarus ilə iqtisadi-ticarət əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini bildirib və AZPROMO tərəfindən işgüzar dialoqun genişlənməsinə töhfə verən təşəbbüslərə göstərilən dəstək haqqında danışıb.

Belarus Ticarət və Sənaye Palatasının sədri Mixail Myatlikov iqtisadi münasibətlərimizin strateji xarakter daşıdığını və Belarus şirkətlərinin Azərbaycanda kənd təsərrüfatı, sənaye və tikinti sahələrində fəaliyyət göstərdiyini vurğulayıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında ölkəmizdə KOB-ların inkişafı, bu sahədə tətbiq olunan dəstək mexanizmləri, hər iki ölkənin işgüzar dairələri arasında əməkdaşlıq imkanları və əlaqələrin genişləndirilməsinə Agentliyin göstərə biləcəyi dəstək barədə məlumat verib.

Tədbirdə Belarusun Universal Əmtəə Birjasının sədri Aleksandr Osmolovski, “ANC Group” şirkətinin direktorunun müavini Pərviz Abbasov və “Beltamojservis” şirkətinin logistika ofisinin direktoru Marina Belousova ölkələrarası ticarətin təşviqi üçün Belarus birjasının rolu, Azərbaycanın pərakəndə satış bazarının imkanları və logistika sektorunda ikitərəfli əməkdaşlıq barədə təqdimatlarla çıxış ediblər.

Forum çərçivəsində hər iki ölkənin şirkətləri arasında kimya sənayesi, qida, tekstil, mebel və təhsil kimi sahələri əhatə edən 6 sənəd imzalanıb. Bu sənədlər qarşılıqlı ticarətin genişlənməsi, texnologiya mübadiləsi və istehsalın lokallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, forum çərçivəsində Belarusun Universal Əmtəə Birjasında Azərbaycan şirkətlərinin maraqlarını təmsil edəcək "SAMA-3T" şirkətinə birja brokeri sertifikatı təqdim olunub.

Tədbir B2B görüşlərlə davam edib.

AZƏRTAC

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?