27 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Türk dövlətlərinin ticarət pavilyonlarının açılış mərasimi keçirilib

Bakıda Türk Ticarət Mərkəzində (TTM) Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanın ticarət pavilyonlarının rəsmi açılış mərasimi baş tutub.

Tədbirdə Mərkəzin və “Okuklu Holdunq”in rəhbəri Yılmaz Okuklu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Qazaxıstan və Qırğızıstanın Azərbaycandakı səfirləri və millət vəkilləri iştirak ediblər.

Tədbir çərçivəsində TTM ilə Özbəkistanın Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu imzalanıb.

TTM-nin rəhbəri Yılmaz Okuklunun sözlərinə görə, Türk Ticarət Mərkəzi olaraq bu sənədlər artıq ard-arda bütün türk dövlətləri ilə imzalanır.

“Bu memorandumlar çərçivəsində TTM öz imkanlarını bütün türk dövlətlərinə açır, onlara pavilyonlar təqdim edir ki, öz məhsullarını burada nümayiş etdirməklə ticarəti aktivləşdirsinlər. Biz öncə belə bir Memorandumu Qırğızıstanla, Qazaxıstanla, Türkiyə ilə imzaladıq. Növbəti sənəd Türkmənistanla imzalanacaq. Pavilyonların açılması türk dövlətləri arasında ticarət əlaqələrinin gücləndirilməsinə böyük töhfələr verəcək”, - Yılmaz Okuklu qeyd edib.

VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir?