17 İyun 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOB-ların rəqabətqabiliyyətliliyinin artırılması beynəlxalq tərəfdaşlıq gündəliyinin əsas prioritetlərindəndir

Ölkəmiz beynəlxalq maliyyə institutları və inkişaf tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində də sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması və KOB-ların dəstəklənməsi istiqamətində mühüm işlər görür.

Bunu Sahibkarlar Gününə və "Konstitusiya və Suverenlik İli"nə həsr olunan “Konstitusiya və Suverenlik”: Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfransda çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib.

Elnur Əliyevin sözlərinə görə, Dünya Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və digər tərəfdaşların texniki və maliyyə dəstəyi nəticəsində bir sıra proqram və layihələr həyata keçirilir.

"Bu proqramlar çərçivəsində sahibkarlara güzəştli maliyyə alətlərinə çıxış, biznes bacarıqlarının artırılması, rəqəmsal transformasiya və yaşıl iqtisadiyyata keçid istiqamətində dəstək göstərilməsi nəzərdə tutulur. Xüsusilə, KOB-ların rəqabətqabiliyyətliliyinin artırılması, innovativ və ixracyönümlü fəaliyyətlərinin təşviqi beynəlxalq tərəfdaşlıq gündəliyinin əsas prioritetlərindəndir",- Elnur Əliyev qeyd edib.
Nazirin birinci müavini əlavə edib ki, Azərbaycan ölkələrlə ikitərəfli iqtisadi-ticarət əlaqələrini daha da möhkəmləndirir. Türkiyə və Pakistanla preferensial ticarət sazişləri imzalanıb. Bu sazişlərə əsasən, tərəfdaş ölkələrlə müəyyən edilmiş məhsullar üzrə gömrük rüsumlarının azaldılması və ya tamamilə aradan qaldırılması qarşılıqlı ticarətin inkişafına təkan verir, sahibkarların ixrac imkanlarını artırır.

"Ölkəmizin investisiya mühitini inkişaf etdirmək məqsədilə Özbəkistan, Qırğızıstan, Qazaxıstan, BƏƏ ilə birgə investisiya fondları yaradılıb. Həmçinin Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan tərəfindən təsis olunan Türk İnvestisiya Fondu qarşılıqlı iqtisadi əməkdaşlığı gücləndirmək, strateji sahələrə investisiyaları artırmaq və regional inkişafı dəstəkləmək məqsədi daşıyır. Sahibkarlar təşəbbüslərini artıraraq, bu beynəlxalq maliyyə mexanizmlərindən faydalana, tərəfdaş ölkələrlə birgə layihələr icra edə, bizneslərini genişləndirə bilərlər",- Elnur Əliyev qeyd edib.

VergiKarqo şirkətləri üçün tələblərdə hansı dəyişiklik edilib? Vergiİcarəyə götürülən obyekt üçün kod almaq mümkündürmü? VergiTorpaqların icarəyə verilməsi əməliyyatı ƏDV-yə cəlb olunurmu? VergiGüzəştli qiymətlə satış zamanı ƏDV hansı məbləğdən hesablanmalıdır? VergiQeyri-rezidentlərə xalis mənfəətə görə hesablanan vergi ilə bağlı dəyişikliklər VergiBazarın sahibi icarəyə götürülən obyektin vergi orqanında uçota qoyulmasını tələb edə bilərmi? VergiƏhalidən qızıl alışına çəkilən xərclər hansı formada gəlirdən çıxıla bilər? VergiKassa metodu ilə çalışan sahibkar üçün gəlirin əldə edilməsi vaxtı necə tənzimlənir? VergiHansı halda həyatın yığım sığortası üzrə sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərqdən vergi tutulur? VergiFermer təsərrüfatında çalışan işçilərin vergi və sosial ödənişləri necə hesablanır?