17 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Pambıq sahələrinin sığortalanması prosesinə start verilib

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi çərçivəsində pambıq sahələrinin sığortalanması prosesinə start verilib.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, pambıq əkinlərinə ən çox zərər vuran hallar dolu, sel-subasma və leysan hadisələridir. Dövlət dəstəkli aqrar sığorta mexanizmi bütün bu halların vurduğu zərəri qarşılayır.

Pambıq ölkənin 20-yə yaxın rayonunda becərilən əsas texniki bitkilərdən sayılır. Hazırda Azərbaycanda 110 min hektara yaxın ərazidə pambıq becərilir. Pambıq sahələrinin böyük hissəsi Mil-Muğan, Salyan-Şirvan və Mərkəzi Aran iqtisadi zonalarının payına düşür.

2023-cü ildə ölkədə 14 min hektar pambıq sahəsi sığorta edildiyi halda, 2024-cü ildə sığortalanan pambıq əkinlərinin sahəsi 2 dəfə artaraq 29 min hektara yaxınlaşıb.

Sığortalanan pambıq sahələrinin sahəsi ilə yanaşı, pambıq becərən fermerlərə dəyən zərərə görə sığorta ödənişlərinin həcmi də artır. Belə ki, 2023-cü ildə 686 hektar sahəyə dəyən zərərlər üzrə fermerlərə 386 min manat sığorta ödənişi edildiyi halda, 2024-cü ildə təqribən 4 min hektar əraziyə dəyən zərərlər üzrə fermer və təsərrüfatlara ümumilikdə 880 min manatdan artıq sığorta ödənişi edilib.

Təklif olunan sığorta zərfləri, təminat verilən risklər barədə ətraflı məlumatla Fondun rəsmi səhifəsindən (asf.gov.az) tanış olmaq olar.

VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi?