22 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlar Pekin İqtisadi-Texnoloji İnkişaf Zonasında olublar

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycanın Çindəki ticarət nümayəndəsi Aparatı və Çinin Milli İnkişaf və İslahat Komissiyasının (NDRC) Beynəlxalq Əməkdaşlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan sahibkarları Pekin İqtisadi-Texnoloji İnkişaf Zonasında (BDA) fəaliyyət göstərən müəssisələrdə olublar.

Agentliyin məlumatına görə, nümayəndə heyəti bir sıra innovasiya mərkəzlərini, o cümlədən “Yongtai Biopharmaceutical Co.” şirkətinin tədqiqat mərkəzini və dərman istehsalı laboratoriyalarını ziyarət edib, burada biotexnologiya sahəsindəki yeniliklərlə tanış olub, Pekin Yüksək Səviyyəli Avtonom Sürücülük Nümayiş Zonasının İnnovasiya və Əməliyyat Mərkəzində pilotsuz ictimai nəqliyyat vasitələrinə, eləcə də Çinin ən böyük elektron ticarət platformalarından biri olan “JD.com Group” və “HollySys” İKT həlləri şirkətlərinin sərgi zallarına baxış keçirib, “Robotlar dünyası” sərgi zalında sənaye sektoru, tibbi xidmət və məişətdə istifadə edilən müxtəlif robototexnika modelləri ilə tanış olublar.

VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur?