28 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Çin şirkəti ilə Azərbaycanda noutbuk istehsalının lokallaşdırılması müzakirə olunub

Çin-Azərbaycan Sənaye və İnvestisiya Əməkdaşlığının Təşviqi Konfransı çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Çinin “Shenzhen Hasee Computer Co.” kompüter texnologiyaları şirkəti arasında görüş keçirilib.

Agentliyin məlumatına görə, görüşdə şirkət tərəfindən Azərbaycanda noutbukların istehsalının lokallaşdırılması imkanları barədə fikir mübadiləsi aparılıb, bazara inteqrasiya üzrə strategiya ilə bağlı məlumatların təqdim olunmasına və danışıqların davam etdirilməsinə dair razılıq əldə olunub.

Qeyd edək ki, aprel ayının 17-də keçirilən Çin-Azərbaycan Sənaye və İnvestisiya Əməkdaşlığının Təşviqi Konfransında əməkdaşlığın hüquqi çərçivəsinin müəyyən edilməsi məqsədilə AZPROMO və “Shenzhen Hasee Computer Co.” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu?