17 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Milli Depozit Mərkəzi “Elektron müraciət sistemi”ni istifadəyə verib

Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi fiziki və hüquqi şəxslər üçün elektron müraciət imkanlarının genişləndirilməsi və müraciətlər üzrə məlumat əlçatanlığının təmin olunması məqsədilə “Elektron müraciət sistemi”ni istifadəyə verib.

Mərkəzin məlumatına görə, sistem vasitəsilə müraciətlərin daha sürətli və rahat şəkildə reallaşdırılması təmin edilib. Müraciət edənlər “Elektron müraciət sistemi”nə https://e-mdm.gov.az/ link vasitəsilə keçid edə bilərlər. “Elektron müraciət sistemi”ndə təqdim olunan məlumatların təhlükəsizliyinin təmin edilməsi məqsədilə gücləndirilmiş rəqəmsal imza vasitələri tətbiq olunub.

Sistem, eyni zamanda, Milli Depozit Mərkəzinin 2024-2026-cı illər üzrə İnkişaf Strategiyasının “Əməliyyat və xidmət effektivliyinin artırılması” hədəfi çərçivəsində rəqəmsallaşma səviyyəsinin artırılması, tam funksional və çevik İT infrastrukturun yaradılması və müştəri mərkəzli yanaşmaya keçid əsasında istifadəyə verilib.

VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu?