14 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Fermerlərə sığorta ödənişləri həyata keçiriləcək

Ötən həftə ölkə ərazisində hava şəraitinin kəskin pisləşməsi nəticəsində meyvə bağlarına və əkin sahələrinə dəyən ziyana görə Aqrar Sığorta Fondu tərəfindən fermerlərə sığorta ödənişləri həyata keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 14–20 aprel tarixlərində Fonda ümumilikdə 15 rayon üzrə 76 müraciət daxil olub. Müraciət edən fermerlər əsasən Xaçmaz, Bərdə, Ağsu, Quba, Şamaxı, Şabran, Qusar, Ağdaş, Neftçala və digər rayonların sakinləridir. Daxil olan müraciətlərin 36-sı sel-subasma, 40-ı isə fırtına və qasırğanın təsərrüfatlara vurduğu zərərlə bağlıdır.

Hazırda ekspertlər hadisə baş verən ərazilərə baxış keçirir, baş vermiş hadisələri və onların nəticələrini qeydə alır, ilkin qiymətləndirmə aparırlar. Araşdırmalar yekunlaşdıqdan sonra qanunvericiliyə uyğun olaraq sığorta ödənişləri həyata keçiriləcək.

VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir?