19 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında ölkəmizin innovativ yanaşmaları müsbət qiymətləndirilib

BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin Könüllü Milli hesabatların hazırlanmasına həsr olunmuş 2025-ci il üzrə nəşrində Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM-lər) icrasının maliyyələşməsi üçün tətbiq olunan innovativ yanaşmalar müsbət qiymətləndirilib və üzv ölkələrə bu yanaşmanın tətbiqi tövsiyə olunub.

Ölkəmiz DİM-lərin maliyyələşdirilməsində yerli resurslardan istifadə etməklə potensial maliyyə boşluqlarının aradan qaldırılması məqsədilə İnteqrə Edilmiş Milli Maliyyələşdirmə Sənədi və DİM İnvestor Xəritəsindən istifadə edib. Bundan əlavə, DİM-lərlə uyğunlaşdırılması məqsədilə müxtəlif dövlət xərcləri kateqoriyaları üzrə büdcə xərclərinə dair hesablamalar aparılıb. 2022-ci il üzrə dövlət büdcəsinin DİM-lərlə əlaqələndirilməsi nəticəsində konsolidasiya olunmuş büdcə xərclərinin 82,3%-i milli DİM məqsəd və hədəfləri ilə uyğunlaşdırılıb və bu da həmin il üzrə ÜDM-nin təxminən 23%-ni təşkil edib.

Nəşrdə Orta Müddətli Xərclər Çərçivəsində kənd təsərrüfatı, təhsil və ətraf mühit sahələrində xüsusi planların hazırlanması, həmçinin yaşıl maliyyənin təşviqi üçün ətraf mühit, sosial və idarəçilik prinsiplərinin tətbiqi müsbət qiymətləndirilib.

Qeyd edək ki, Azərbaycan DİM-lərin icrası istiqamətində artıq 4 dəfə (2017, 2019, 2021 və 2024-cü illərdə) BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna Könüllü Milli Hesabat təqdim edib. Azərbaycan dünya üzrə yalnız 5 ölkədən biri, regionda və MDB məkanında isə yeganə ölkədir ki, təşkilata 4 Könüllü Milli Hesabat təqdim edib.

BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin Könüllü Milli hesabatların hazırlanmasına dair nəşri ilə bu link vasitəsilə tanış olmaq olar: https://mdgs.un.org/sdgs/files/meetings/vnr-workshop-dec2024/Handbook_2025.pdf

VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi?