14 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

4SİM ilə Çin təşkilatları arasında əməkdaşlığa dair memorandumlar imzalanıb

Pekində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycanın Çindəki ticarət nümayəndəsi Aparatı və Çinin Milli İnkişaf və İslahat Komissiyasının (NDRC) birgə təşkilatçılığı, Pekin şəhər İnkişaf və İslahat Komissiyasının dəstəyi ilə Çin-Azərbaycan Sənaye və İnvestisiya Əməkdaşlığının Təşviqi Konfransı keçirilib.

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) məlumatına görə, tədbirə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, energetika, nəqliyyat-logistika, kənd təsərrüfatı, İKT və digər sahələrdə fəaliyyət göstərən 200-dək sahibkar qatılıb.

Mərkəzin icraçı direktoru Fariz Cəfərov konfransda iştirak edib. O, 4SİM-in fəaliyyəti, milli iqtisadiyyatda dördüncü sənaye inqilabı texnologiyalarının tətbiqinin genişləndirilməsi ilə bağlı təşəbbüslər və beynəlxalq əməkdaşlıq imkanları barədə təqdimatla çıxış edib.

Səfər çərçivəsində 4SİM-in icraçı direktoru ilə CAİCT-nin vitse-prezidenti Li Guanyu arasında ikitərəfli görüş baş tutub. Tərəflər əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

Daha sonra 4SİM ilə Çin İnformasiya və Kommunikasiya Texnologiyaları Akademiyası (CAICT) və Ümumdünya Əşyaların İnterneti Konvensiyası Təşkilatı (World Internet of Things Convention – WIOTC) arasında əməkdaşlığa dair Anlaşma memorandumları imzalanıb.

Memorandumlara əsasən, qurumlar sənaye, yaşıl və dayanıqlı inkişaf texnologiyaları kimi sahələrdə əməkdaşlıq edəcəklər. İmzalanan sənədlər texnologiya transferi ilə yanaşı, bilik və təcrübə mübadiləsi, gələcəkdə konkret layihələrin təşkili və birgə tədqiqat proqramlarının icrasını da nəzərdə tutur.

VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir?