17 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bank sektorunun kreditləşmə fəaliyyətində yüksək aktivlik davam edir

2024-cü il ərzində bank sektorunun kreditləşmə fəaliyyətində yüksək aktivlik həm istehlak, həm də biznes portfeli üzrə müşahidə olunub.

Bu barədə Azərbaycan Mərkəzi Bankının 2024-cü ilin yekununa dair “Maliyyə sabitliyi hesabatı”nda bildirilir.

Belə ki, il ərzində kredit portfelinin artım tempi (18,5 faiz) nominal qeyri-neft ÜDM-in artım tempini 1,7 dəfəyədək üstələyib. Sektor üzrə 19 bankın kredit portfeli ötən illə müqayisədə artıb, 15 bankda isə kredit portfelinin artımı nominal qeyri-neft ÜDM artımının üzərində olub. 12 bankda artım 15 faizi üstələyib.

Bank sektorunun dayanıqlığını artırmaq və kreditləşmə fəaliyyətinin fasiləsizliyini təmin etmək məqsədilə 2025-ci ilin 1 mart tarixindən etibarən bankların məcmu və 1-ci dərəcəli kapitalı üzərində 0,5 faiz həddində əlavə kontr-tsiklik kapital buferi təyin edilməsi ilə bağlı qərar qəbul edilib.

VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu?