8 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İstanbulda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişaf etməkdə olan Bazarlar Forumu keçirilib

İstanbulda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) İnkişaf etməkdə olan Bazarlar Forumu keçirilib.

Tədbirin açılışında Türkiyənin ticarət naziri Ömər Bolat və İƏİT-nin baş katibi Matias Korman çıxış ediblər. Qeyd olunub ki, İƏİT tərəfindən bu mövzuda ilk dəfə təşkil edilən Forumun keçirilməsində məqsəd regional proqramların təsirini gücləndirmək, birgə prioritetlərə dair əməkdaşlığı təşviq etməkdir.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Forumun “Çoxtərəfli dəhlizlər: Ticarət və nəqliyyat əlaqələrinin artırılması” mövzusunda panelində çıxış edib. Paneldə regional dəhlizlərin rəqabət qabiliyyətini və effektivliyini artırmaq sahəsində Azərbaycanın gördüyü işlər haqqında məlumat verilib. Vurğulanıb ki, ölkəmiz yol, dəmir yolu, liman və hava nəqliyyatı infrastrukturuna sərmayə qoyuluşunu prioritetləşdirib. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası, azad edilmiş ərazilərimizdə yeni hava limanları və s. buna misaldır. Füzuli, Zəngilan və Laçın daxil olmaqla yeni bölgələr ölkəmizin logistika xəritəsinə inteqrasiya edilir. Qeyd olunub ki, ölkəmiz gömrük və tranzit əməliyyatlarının rəqəmsallaşdırılmasına investisiya yatırır, bu istiqamətdə yeni texnologiyalar tətbiq olunur.

Azərbaycan beynəlxalq və regional qurumlar çərçivəsində nəqliyyat və ticarət sahəsində qarşılıqlı faydalı tərəfdaşlığı gücləndirir. Türk Dövlətləri Təşkilatı (TDT), SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) və region ölkələri ilə əməkdaşlıq üzrə bu istiqamətdə görülən işlər vurğulanıb.

Tədbirdə Azərbaycanın digər ölkələrlə investisiya işbirliyini genişləndirmək üçün həyata keçirilən tədbirlər barədə də məlumat verilib. Bildirilib ki, SPECA Çoxtərəfli Etimad Fondu, TDT çərçivəsində yaradılmış Türk İnvestisiya Fondu, Özbəkistan, Qazaxıstan və Qırğızıstanla birgə investisiya fondları sərhəd ticarətini dəstəkləmək, logistika infrastrukturunu müasirləşdirmək və prioritet layihələrin maliyyələşdirilməsinə yönəlib.

Panel iştirakçıları həmçinin, logistika, nəqliyyat və sənaye zonaları ilə əlaqəli birbaşa xarici investisiyalar üçün tətbiq edilən stimullar haqqında məlumatlandırılıb.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Forumda iştirak çərçivəsində İƏİT-nin Avrasiya şöbəsinin rəhbəri Vilyam Tompsonla görüşüb. Görüşdə ölkəmizin beynəlxalq qurumla əməkdaşlığının gündəliyində olan məsələlər barədə müzakirə aparılıb.

VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır?