12 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sitrus bağlarının sığortalanmasına başlanılıb

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi çərçivəsində sitrus bağlarının sığortalanmasına başlanılıb.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, sığorta haqqına tətbiq edilən 50 faizlik dövlət dəstəyi fermerlərə öz sitrus bağlarını cüzi məbləğ ödəməklə sığortalamağa imkan verir.

Hazırda ölkədə 4,5 min hektardan artıq sitrus meyvəsi bağı var. Bunlardan 3278 hektarı naringi (mandarin) bağları, 703 hektarı limon bağları, 582 hektarı isə portağal bağlarıdır.

Limon bağlarının 95 faizi, naringi bağlarının 99 faizi, portağal bağlarının isə 100 faizi cənub bölgəsində yerləşir. Son illər sitrus bağlarının sahəsi yeni salınan bağlar hesabına genişlənməkdədir.

Ötən il limon, naringi və portağal bağlarına dəymiş zərərlər üzrə fermer və təsərrüfatlara ümumilikdə 40 min manatdan çox sığorta ödənişi edilib.

Təklif olunan sığorta zərfləri, təminat verilən risklər barədə ətraflı məlumatla Fondun rəsmi səhifəsindən (asf.gov.az) tanış olmaq olar.

Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?