14 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat nazirinin birinci müavini UNECE-nin 71-ci sessiyasında iştirak edib

Cenevrədə keçirilən BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) "Dayanıqlı gələcək üçün iqlim fəaliyyəti və davamlı infrastruktur" mövzusunda 71-ci sessiyası keçirilib.

Tədbirdə qlobal ətraf mühit problemləri ilə əlaqədar birgə səylər, iqlim dəyişmələrinin nəticələrini azaldan, gələcək nəsillər üçün daha dayanıqlı və təhlükəsiz infrastruktur sistemlərini dəstəkləyən innovativ həllərin əhəmiyyəti vurğulanıb. Bu istiqamətdə regional tərəfdaşlığın, hökumətlər, beynəlxalq təşkilatlar və biznes nümayəndələri arasında əməkdaşlığın önəmi qeyd edilib.

Tədbirdə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Macarıstan nümayəndə heyətləri adından Birgə Bəyanatla çıxış edib.

Bəyanatda Transxəzər Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) Asiya ilə Avropanı birləşdirən strateji nəqliyyat marşrutu kimi əhəmiyyəti vurğulanıb. Bildirilib ki, coğrafi mövqeyinə və infrastruktur potensialına görə bu dəhlizdə yer alan ölkələr tərəfindən Cenevrədəki daimi nümayəndəliklər arasında Orta Dəhliz Qrupu yaradılıb. Qrupun yaradılmasında məqsəd Orta Dəhlizin səmərəli fəaliyyətinin beynəlxalq səviyyədə təşviqi, potensialının tam reallaşdırılması və yaşıl enerjiyə keçidin sürətləndirilməsidir. Qeyd olunub ki, innovasiya və investisiyaların artırılması, ticarətin genişləndirilməsi üçün prosedurların sadələşdirilməsi, rəqəmsallaşmanın sürətləndirilməsi regional əməkdaşlığı daha da gücləndirəcək.

Sessiya çərçivəsində qlobal iqlim gündəliyinə uyğun olaraq yüksək səviyyəli dialoq, panel iclas və dəyirmi masalar keçirilib.

VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir?