13 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan nümayəndə heyəti Pakistana səfər edib

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Pakistan İslam Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirilib, müzakirələr aparılıb.

Pakistan İslam Respublikasının Baş naziri cənab Şahbaz Şərif iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qəbulda Azərbaycan - Pakistan əməkdaşlığının ölkə liderləri tərəfindən müəyyənləşdirilmiş istiqamətləri və iqtisadi əlaqələrin gücləndirildiyi vurğulanıb. Azərbaycanla Pakistan əlaqələrinin starteji tərəfdaşlıq səviyyəsində olmasından məmnunluq bildirilib.

Qeyd edilib ki, iki dost və qardaş ölkə arasında əlaqələr qarşılıqlı etimad şəraitində möhkəmlənir, müxtəlif sahələrdə münasibətlər yüksələn xətlə inkişaf edir. İqtisadi-ticari, enerji, qeyri-neft-qaz və digər sahələrdə səmərəli əməkdaşlıq üçün hər iki tərəfin geniş potensialının olduğu vurğulanıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.

Müzakirələrdə iki qardaş xalq arasında ticarətin, investisiyaların və uzunmüddətli iqtisadi əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan-Pakistan iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi üçün perspektivlər, həmçinin tərəflər arasında iqtisadi potensialın reallaşdırılması imkanları nəzərdən keçirilib. Ölkələrimizin iqtisadi sahədə birgə fəaliyyətinin gündəmində olan məsələlər, qarşılıqlı investisiyaların təşviqi, xüsusilə infrastruktur, enerji və İT kimi sektorlarda daha geniş təşəbbüslər üçün katalizator rolunu oynaya biləcək prioritet layihələrin reallaşdırılmasına maraq ifadə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanın Xüsusi İnvestisiyaların Asanlaşdırılması Şurasının milli koordinatoru, general-leytenant Sarfaraz Əhməd ilə görüşüb.

İki ölkə arasında biznes tərəfdaşlığının şaxələndirilməsi, işgüzar dairələr arasında işbirliyinin dəstəklənməsi, enerji, infrastruktur, mədənçilik və digər sahələrdə yeni investisiya layihələrinin icrası, həmçinin sərmayələrin artırılması imkanları barədə fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin, Azərbaycanın uzunmüddətli strateji təşəbbüslərindən bəhs edilib, regional və qlobal layihələr, habelə reallaşdırılan investisiya layihələri barədə məlumat verilib. Bu xüsusda, Pakistanın işgüzar dairələri ilə potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.

Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir?