25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bakıda 6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu keçiriləcək

Bakıda 6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu keçiriləcək

Aprelin 11-də Bakıda ADA Universitetinin ev sahibliyi ilə 6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu keçiriləcək.

Forum süni intellektin bu günü və gələcəyi ilə bağlı qlobal müzakirələrin aparıldığı, onun cəmiyyətə, iqtisadiyyata və texnologiyaya təsirinin təhlil olunduğu nüfuzlu platformadır.

Forumda ADA Universiteti, Florida Texnologiya İnstitutu, Nyu-York Universiteti, Tallin Texnologiya Universiteti və Kolumbiya Universitetinin professorları innovasiyalar və süni intellektin gələcək perspektivləri barədə dəyərli bilik və təcrübələrini bölüşəcəklər.

Tədbir çərçivəsində süni intellekt və Big Data sahəsindəki ən son texnoloji yeniliklər, elmi nailiyyətlər və innovativ həllər təqdim olunacaq. Forum yerli və beynəlxalq mütəxəssislər, tədqiqatçılar, sahibkarlar və dövlət nümayəndələrinin iştirakı ilə müxtəlif sahələrdə süni intellektin tətbiqi imkanlarının geniş şəkildə müzakirə olunacağı panel sessiyalarla zəngin olacaq.

Bununla yanaşı, Azərbaycanda süni intellektin sənaye, səhiyyə, media, təhsil, kənd təsərrüfatı və digər sahələrdə tətbiqi üzrə mövcud imkanlar və gələcək perspektivlər də Forumun əsas mövzuları arasında yer alacaq.

6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu Azərbaycanın süni intellekt və rəqəmsal transformasiya sahəsində regional liderliyə doğru atdığı növbəti mühüm addım kimi qiymətləndirilir.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?