11 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan şirkətləri beynəlxalq ekoloji sərgiyə dəvət olunurlar

Bu ilin 19-21 avqust tarixlərində Belarus Respublikasının Təbii Sərvətlər və Ətraf Mühitin Mühafizəsi Nazirliyi və “BelExpo” Milli Sərgi Mərkəzinin təşkilatçılığı ilə Minsk şəhərində “ECOLOGY EXPO – 2025” ixtisaslaşmış beynəlxalq sərgi keçiriləcək.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, ekoloji təşəbbüslərin tətbiqi və reallaşdırılması, tullantıların emalı texnologiyaları, bərpaolunan enerji istehsalı, ekoloji təmiz məhsullar, aqrar-sənaye kompleksi, suyun təmizlənməsi sistemləri, təbiətin və ətraf mühitin mühafizəsi sahələrinin nümayəndələrinin qatılacağı sərginin proqramına elmi təcrübə mübadiləsi, davamlı inkişaf və təbii sərvətlərin səmərəli idarə edilməsi sahəsində perspektivli və innovativ təkliflərin və həllərin işlənib hazırlanmasına yönəlmiş müxtəlif işgüzar tədbirlər daxildir.

Qeyd olunan sahələrdə fəaliyyət göstərən Azərbaycan şirkətləri sözügedən sərgidə stend ilə və ya işgüzar proqramlarda iştirak etməyə dəvət olunurlar.

Əlavə məlumat üçün: Tel.: +375 29 886 15 13,

E-mail: [email protected],

Web: www.ecologyexpo.by,

Əlaqələndirici şəxs: Yelena Artomyeva

Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?