12 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ağdaşda Aqrar Biznes Festivalı keçirilib

Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar Biznes Festivalı Ağdaş rayonunda keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, festivalda Mərkəzi Aran iqtisadi rayonunda fəaliyyət göstərən fermerlər, dövlət qurumlarının nümayəndələri, aqrar sahə üzrə ixtisaslaşmış şirkətlər iştirak ediblər.

Tədbir iştirakçıları dövlətin aqrar sahədəki dəstək mexanizmləri, subsidiya və güzəştli kredit imkanları barədə məlumatlandırılıb, eyni zamanda müasir kənd təsərrüfatı texnologiyaları və innovativ həllərlə tanış olublar.

Festivalda iştirak edən dövlət qurumları öz fəaliyyət istiqamətlərinə uyğun göstərdikləri xidmətləri, aqrar sahədə ixtisaslaşmış şirkətlər isə kənd təsərrüfatı təyinatlı texnika və avadanlıqlar, müasir suvarma sistemləri, toxum və ting çeşidləri, yeni nəsil gübrə və pestisidlər, iqlim dəyişikliyinə davamlı bitki sortları, eləcə də digər innovativ həlləri nümayiş etdiriblər. Festival çərçivəsində fermerlərin maliyyə və sığorta xidmətlərinə çıxış imkanlarını genişləndirmək məqsədilə kredit yarmarkası təşkil edilib.

Tədbir çərçivəsində, həmçinin, “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirə keçirilib. Müzakirələr zamanı aqrar sektorun inkişafına töhfə verən maliyyə alətləri, Mərkəzi Aran iqtisadi rayonunda aqrar sahənin maliyyələşdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur?