18 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat nazirinin müavini dayanıqlı inkişafa dair beynəlxalq tədbirdə çıxış edib

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Cenevrədə keçirilən BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE) Regionu üzrə Dayanıqlı İnkişaf Forumunda iştirak edib.

Forumun Avropa İqtisadi Komissiyası regionunda BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyindən irəli gələn Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasına həsr olunmuş yüksək səviyyəli sessiyasında çıxış edən Səməd Bəşirli qeyd edib ki, Azərbaycanın milli prioritetlərindən biri də rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanıdır. Vurğulanıb ki, ölkəmiz beynəlxalq tərəfdaşlarla birgə insan kapitalının inkişaf etdirilməsi, rəqabətqabiliyyətli işçi qüvvəsinin formalaşdırılması, vətəndaşların müasir peşə bacarıqlarının artırılması istiqamətində addımlar atır.

Bu məqsədlə İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi ilə ABŞ-ın “Coursera” şirkəti arasında əməkdaşlıq həyata keçirilir. Ötən il Azərbaycanda bu əməkdaşlıq çərçivəsində 10 000 nəfər 1 il ərzində “Coursera” platformasında ödənişsiz kurslardan faydalanıb. Təlimləri uğurla tamamlayanlar beynəlxalq sertifikatlar əldə ediblər. “Coursera” üzrə ikinci layihə - Milli Proqram üzrə isə on minlərlə ölkə vətəndaşına süni intellekt, data analitika, rəqəmsal transformasiya və yumşaq bacarıqlar kimi istiqamətlər üzrə 8 mindən çox kursda əhalinin bütün təbəqələrinə iştirak imkanı yaradılıb.

Bildirilib ki, Azərbaycanın dayanıqlı inkişaf strategiyasının əsas istiqamətlərindən olan işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və ora əhalinin təhlükəsiz qayıdışının təmin olunması üçün zəruri infrastrukturun yaradılması işləri davam etdirilir. Qarabağ və Şərqi Zəngəzurun reinteqrasiyası iqtisadi fəaliyyətin canlandırılması, innovativ texnologiyaların tətbiqi, sənaye potensialının reallaşdırılması və stimullaşdırıcı mexanizmlərin tətbiqi ilə dəstəklənir. Məlumat verilib ki, 2024-cü ilin noyabr ayında ölkəmizdə keçirilən COP29 tədbiri çərçivəsində iqlim fəaliyyətinə, təhsil, səhiyyə, sosial müdafiə və iş yerlərinin yaradılmasına dair önəmli təşəbbüslər irəli sürülüb, ölkəmizdə yaşıl iqtisadiyyata töhfə verəcək mühüm layihələr üzrə razılaşmalar imzalanıb.

Səməd Bəşirli tədbir çərçivəsində layiqli əmək və iqtisadi artım, gender bərabərliyi mövzularında təşkil olunan sessiyalarda iştirak edib.

Forum çərçivəsində Belarusun DİM-lər üzrə milli koordinatoru Sergey Xomenko arasında görüş keçirilib. Görüş zamanı DİM-lərin icrası istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri