29 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"ACWA Power" ilə potensial birgə təşəbbüslər barədə fikir mübadiləsi aparılıb YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin baş icraçı direktoru Marko Arçelli ilə görüşüb.

Görüşdə “ACWA Power”in Azərbaycanda həyata keçirdiyi layihələrin əhəmiyyəti vurğulanıb. Bu layihələrin ölkənin enerji resurslarının diversifikasiyasına və ekoloji dayanıqlılığının artırılmasına xidmət etdiyi qeyd edilib. Təcrübə mübadiləsinin və şirkətin innovativ yanaşmalarının enerji sahəsində daha effektiv, təmiz və iqtisadi baxımdan sərfəli həllərin tətbiqinə imkan yaratdığı qeyd olunub.

Şirkət tərəfindən enerjidən səmərəli istifadəni artırmaq, su resurslarından rasional istifadəni təmin etmək istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib. Tərəflər əməkdaşlığın gündəliyində olan məsələlər, Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması layihəsi və potensial birgə təşəbbüslər barədə fikir mübadiləsi aparıblar.

Qeyd: Səudiyyə Ərəbistanının enerji, xüsusilə bərpa olunan enerji sektorunda aparıcı şirkətlərindən olan “ACWA Power” şirkəti dünyanın bir sıra ölkələrində bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, duzsuzlaşdırılmış su istehsalı üzrə layihələrdə developer, investor və operator kimi iştirak edir.

-----

10:21

"ACWA Power" şirkətinin baş icraçı direktoru Marko Arçelli ilə görüşməkdən məmnun olduq. Əməkdaşlığın gündəliyində olan məsələlər, Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması layihəsi, dayanıqlı enerji həlləri sahəsində təcrübə mübadiləsi və potensial birgə təşəbbüslər barədə fikir mübadiləsi apardıq”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu?