25 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dünya Bankı ilə potensial əməkdaşlıq istiqamətləri müzakirə olunub YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Praysla görüşüb.

Görüşdə tərəfdaşlıqdan məmnunluq ifadə olunub, Dünya Bankı Qrupu ilə işbirliyi çərçivəsində infrastruktur, məşğulluq və digər sahələrdə həyata keçirilən layihələrin ölkəmizdə iqtisadi inkişafı dəstəklədiyi vurğulanıb. Qurumun Azərbaycanın inkişaf səylərinə sadiq olduğu diqqətə çatdırılıb. 2025-2029-cu illər üzrə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirəcəyi, Azərbaycanın daha yaşıl və inlküziv iqtisadiyyata keçidini dəstəkləyəcəyi qeyd olunub.

Tərəflər "Yaşıl və dayanıqlı şəhərlər" layihəsi çərçivəsində birgə fəaliyyət, infrastruktur və bərpaolunan enerji sahələrində təşəbbüslər və digər potensial əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

-----

15:19

“Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Prays ilə görüşdük. "Yaşıl və dayanıqlı şəhərlər" layihəsi çərçivəsində birgə fəaliyyət, infrastruktur və bərpaolunan enerji sahələrində təşəbbüslər və Bankla potensial əməkdaşlıq istiqamətləri barədə danışdıq”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?