28 Mart 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşğaldan azad edilmiş ərazilərdə kreditləşmə sürətlə artır

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları davamlı iqtisadi inkişaf nümayiş etdirirlər. Bank kreditləşməsinin genişlənməsi və ödəniş infrastrukturunun inkişafı bu regionları həm biznes, həm də əhali üçün daha cəlbedici edir. Nağdsız ödənişlər sürətlə artır, bankomatlar və ödəniş terminallarının şəbəkəsi genişlənir, maliyyə resurslarına çıxış daha da sadələşir.

Kreditləşmənin artım dinamikası

Mərkəzi Bankın məlumatına görə, 2025-ci ilin 1 fevral tarixinə Qarabağ iqtisadi rayonunda cəlb olunmuş depozitlərin ümumi məbləği 91,826 milyon manatadək artıb ki, bu da ötən illə müqayisədə təxminən 5 faiz çoxdur.

Kreditləşmədə daha da təsirli artım müşahidə edilir: bu göstərici 17,2 faiz artaraq 405,030 milyon manatdan 474,670 milyon manata yüksəlib.

Şərqi Zəngəzur iqtisadi rayonu üzrə 2024-cü ilin yanvar ayına dair məlumatlar olmasa da, cari ilin ilk ayında burada 503 min manat depozit cəlb edilib və 9,8 milyon manat həcmində kreditlər verilib.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının payına ölkədə verilən ümumi kreditlərin təxminən 8 faizi, depozitlərin isə 3 faiz düşür.

Ödəniş infrastrukturunun inkişafı

Ödəniş xidmətləri şəbəkəsinin genişlənməsi regionda istehlakın artmasını və nağdsız hesablaşmaların fəal inkişafını əks etdirir. Bir il ərzində Qarabağ iqtisadi rayonunda POS-terminal sayı ikiqat artaraq 3 567-yə çatıb, bunlardan 3 504-ü isə təmassız POS-terminallardır. Bankomatların sayı 8 faiz artaraq 121-ə yüksəlib.

Şərqi Zəngəzur iqtisadi rayonunda isə bankomatların sayı 12-dən 15-ə, POS-terminalların sayı isə 55-dən 128-ə yüksəlib.

VergiƏcnəbi vətəndaşlar üçün vergi güzəşti VergiMəkləbli ləvazimatları satan vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri VergiHüquqi şəxsin tərkibindən başqa bir hüquqi şəxsin ayrılması zamanı zəruri prosedurlar VergiRezidentin partnyorlara ödədiyi nəqliyyat və yemək xərclərinin gəlirdən çıxılması necə tənzimlənir? VergiElektron qaimə-fakturanın gecikdirilməsinə görə cərimə tətbiq olunurmu? VergiXırda ticarətlə məşğul olan şəxsin vergi öhdəlikləri VergiDövlət sektorunda iki yerdə çalışan işçinin vergi öhdəlikləri VergiXarici ölkə vətəndaşları Azərbaycanda necə VÖEN ala bilərlər? VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları