28 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda ilk dəfə olaraq tekstil sahəsində klasterləşmə formalaşdırılacaq

Azərbaycan-Özbəkistan birgə kapitallı “Textile Horizon” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Mingəçevir Sənaye Parkının rezidentliyi statusu verilib.

Agentliyin məlumatına görə, layihə çərçivəsində Sənaye Parkının ərazisində mahlıc, iplik, parça, geyim istehsal edəcək müəssisələr inşa olunacaq və bununla da ölkəmizdə ilk dəfə olaraq tekstil sahəsində klasterləşmə formalaşdırılacaq.

Almaniya, İsveçrə, İspaniya, Türkiyə kimi ölkələrin qabaqcıl texnologiyalarının tətbiq ediləcəyi müəssisələrdə il ərzində 11,6 min ton iplik, 7,3 min ton xam parça, 6,2 min ton boyalı parça, 11,8 milyon ədəd tikiş məhsulu (geyim) istehsal olunacaq.

İnvestisiya dəyəri 153 milyon manat təşkil edən layihə çərçivəsində 2300-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur. İstehsal ediləcək məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da həyata keçiriləcək.

Layihənin 2027-ci ildə istismara verilməsi planlaşdırılır.

VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu?