19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Güzəştli kredit sayı və məbləğinin müvəkkil kredit təşkilatları üzrə bölgüsü açıqlanıb

Sahibkarlığın İnkişafı Fondu (SİF) 2025-ci ilin yanvar-fevral ayları ərzində verilmiş güzəştli kredit sayı və məbləğinin müvəkkil kredit təşkilatları üzrə bölgüsünü açıqlayıb.

Fondun məlumatına görə, hesabat dövründə SİF tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə 547 layihənin maliyyələşdirilməsinə 32,1 milyon manat güzəştli kredit verilib.

Cari ilin ilk iki ayı ərzində sahibkarların investisiya layihələrinə verilmiş güzəştli kreditlərin sayına görə "Bank Respublika" ASC, "Rabitəbank" ASC, "Yelo Bank" ASC, "AccessBank" QSC və "Expressbank" QSC fərqlənib.

Həmin dövrdə verilmiş güzəştli kreditlərin məbləği üzrə fərqlənən müvəkkil kredit təşkilatlarına isə “PAŞA Bank” QSC, "Bank Respublika" ASC, “Ziraat Bank Azərbaycan” ASC, "Yelo Bank" ASC və "Kapital Bank" ASC daxildir.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?