17 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
2025-ci ildə Orta Dəhlizlə yük daşımaları planının icrası razılaşdırılıb

2025-ci ildə Orta Dəhlizlə yük daşımaları planının icrası razılaşdırılıb

Bakıda “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası (TBNM BA) Hüquqi Şəxslər Birliyinin İşçi qrupunun iclası keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına görə, iclasda assosiasiyaya üzv dövlətlərin dəmiryol administrasiyalarının əməkdaşları və nəqliyyat şirkətlərinin yüksək səviyyəli rəsmiləri daxil olmaqla 10 ölkədən nümayəndə heyəti iştirak edib.

Tədbirdə qeyd olunub ki, Orta Dəhliz kimi tanınan TBNM son illərdə qlobal əhəmiyyətli yükdaşıma istiqamətlərindən birinə çevrilib. Bu marşrutla yük nəqlinin ildən-ilə artdığı, sürətli yük axınının təmin edilməsi üçün əməliyyatların səmərəliliyinin, rəqəmsal həllərin tətbiqinin və əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi vurğulanıb.

İclasda TBNM BA Hüquqi Şəxslər Birliyinin İcra orqanının 2024-cü ildə fəaliyyətin yekunu üzrə hesabatı və Trans-Xəzər marşrutu ilə daşımaların təhlili dinlənilib. Həmçinin iştirakçılar 2025-ci ildə TBNM üzrə təsdiqlənmiş tarif dərəcələrinə düzəlişlər, rəqəmsallaşma haqqında saziş layihəsi, eləcə də Xəzər dənizi limanları arasında fider bağlantısının təşkili və fider gəmilərin yüklənməsinin təmin edilməsi haqqında saziş layihələrini müzakirə ediblər.

Tərəflər 2025-ci ildə TBNM üzrə yük daşımaları planını və icrası ilə bağlı tədbirləri razılaşdırıb, Bakı–Tbilisi–Qars dəmir yolu ilə Avropaya konteyner daşımalarına üstünlük verilməsinin vacibliyini qeyd ediblər. Sonda İşçi qrupunun protokolu imzalanıb.

Qeyd edək ki, 4 mart tarixində Bakıda “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin növbəti tədbiri – Ümumi Yığıncağının iclası keçiriləcək.

VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər?