17 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mərkəzi Bank “Yaşıl və dayanıqlılıqla əlaqəli kreditlər üzrə təlimat”ı təsdiqləyib

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti tərəfindən “Yaşıl və dayanıqlılıqla əlaqəli kreditlər üzrə təlimat” təsdiq edilib.

Mərkəzi Bankın məlumatına görə, təlimatın əsas məqsədi yaşıl və dayanıqlılıqla əlaqəli kreditləşmənin formalaşdırılmasını və təşviqini təmin etməkdir. Təlimat beynəlxalq maliyyə bazarlarında geniş istifadə olunan “Green Loan Principles“ və “Sustainability-Linked Loan Principles” nəzərə alınmaqla hazırlanıb. Sənəd yaşıl və dayanıqlılıqla əlaqəli kreditlərin verilməsi üzrə kredit təşkilatları üçün tövsiyələri müəyyən edir.

Təlimat kredit təşkilatlarının yaşıl və dayanıqlılıqla əlaqəli kredit portfelinin idarə edilməsi ilə bağlı daxili siyasət və qaydalarının hazırlanması və bütövlükdə idarəetmə çərçivəsinin müəyyənləşdirilməsi üzrə tövsiyələri əhatə edir.

“Yaşıl və dayanıqlılıqla əlaqəli kreditlər üzrə təlimat”la qeyd olunan link vasitəsilə tanış olmaq olar:

https://uploads.cbar.az/assets/bac813a8cef6b067a93593180.pdf

VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi?