27 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elektrik enerjisi istehsalında yaşıl enerjinin payı 11 faizə çatıb

Bu ilin yanvar ayında Azərbaycanda elektrik enerjisi istehsalı 2 493,4 milyon kVt·st təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz çoxdur.

Energetika Nazirliyinin məlumtaına görə, istilik elektrik stansiyalarında 2224,9 milyon kVt·st elektrik enerjisi (-0,2 faiz), bərpaolunan enerji mənbələrindən isə 268,5 milyon kVt·st (+55,8 faiz) elektrik enerjisi istehsal edilib.

Bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalı:

- su elektrik stansiyaları - 218,3 milyon kVt·st (+68,7%);

- külək elektrik stansiyaları - 2,9 milyon kVt·st (-50%);

- günəş elektrik stansiyaları - 26,4 milyon kVt·st (+45%);

- bərk məişət tullantılarının yandırılması zavodu - 20,9 milyon kVt·st (+10,6%).

2025-ci ilin yanvar ayında elektrik enerjisi istehsalında yaşıl enerjinin payı 11 faiz təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz bəndi çoxdur.

VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü?