18 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Aqrar Biznes Festivallarına start verilir

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin bölgələrdə keçirdiyi Aqrar Biznes Festivalları cari ildən davam edəcək.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu festivallar fermerlərin, kiçik və orta sahibkarların, kənd təsərrüfatı məhsul və avadanlıqlarının istehsalı ilə məşğul olan yerli və xarici şirkətlərin, eləcə də dövlət qurumlarının iştirakı ilə müxtəlif xidmət təklifi, innovativ məhsul və avadanlıqların əyani nümayişi şəklində həyata keçiriləcək. 2025-ci ildən bu festivallar ölkənin aparıcı banklarının tərəfdaşlığı ilə təşkil olunacaq.

Qeyd edək ki, ötən il Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə ölkənin 12 iqtisadi rayonunu əhatə edən 33 rayonunda Aqrar Biznes Festivalları keçirilib. Sözügedən festivallarda 56 rayondan 17171 nəfər kənd təsərrüfatı məhsul istehsalçısı və emalçısı iştirak edib, fermerlərin maarifləndirilməsi istiqamətində aqrar sahənin prioritet sahələri üzrə ən qabaqcıl təcrübə və yeniliklərlə bağlı 32 təlim və 9 panel müzakirə təşkil olunub. Aqrar sahədə müasir innovativ yeniliklərin nümayiş olunduğu festivallar çərçivəsində bir sıra şirkət və fərdi sahibkar tərəfindən 6125000 manat həcmində satış həyata keçirilib, həmçinin kredit yarmarkalarında 6 bank tərəfindən 1662077 manat dəyərində kredit verilib.

Cari ilin ilk Aqrar Biznes Festivalı 19 fevral tarixində İmişli “ASAN xidmət” mərkəzinin qarşısında keçiriləcək. Festival çərçivəsində müxtəlif xidmət və məhsulların nümayişi ilə yanaşı, maliyyə qurumlarının iştirakı ilə “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirələr təşkil olunacaq.

VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi?