28 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Naxçıvan Sənaye Parkının prioritet fəaliyyət istiqamətləri müəyyən edilib

Dövlət başçısının 2024-cü il 5 dekabr tarixli Fərmanı ilə Naxçıvanda 310 hektar ərazidə Sənaye Parkı yaradılıb.

İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, ilkin mərhələdə Sənaye Parkının prioritet fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Belə ki, Sənaye Parkında kimya sənayesi, qida, mebel, toxuculuq, geyim-gön-dəri, qablaşdırma məhsullarının, tikinti materiallarının, maşın və avadanlıqların, kağız və kağız məmulatlarının, bərpaolunan enerjinin istehsalı, habelə tullantıların, qara və əlvan metalların emalı nəzərdə tutulur.

Həmçinin yaxın vaxtlarda Sənaye Parkında infrastruktur işlərinin görülməsinə başlanılacaq. Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli biznes mühiti yaradıldıqdan sonra investorlar Parka cəlb ediləcək.

Naxçıvan Sənaye Parkında da rezidentlər ölkəmizdə mövcud olan digər sənaye parklarında olduğu kimi vergi və gömrük güzəştlərindən yararlana biləcəklər.

VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir?