26 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Sənaye və yaşıl layihələrə dəstək” müsabiqəsi çərçivəsində 67 milyon manata yaxın güzəştli kredit ayrılıb

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun təşəbbüsü ilə sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahələrində fəaliyyət göstərən, eləcə də yaşıl layihələr həyata keçirən sahibkarlara güzəştli kreditlərin verilməsinin stimullaşdırılması məqsədilə müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında keçirilən "Sənaye və yaşıl layihələrə dəstək" müsabiqəsinin qalibləri ilə görüş keçirilib.

Fondun məlumatına görə, görüşdə bildirilib ki, 2024-cü il ərzində 2 dəfə keçirilən müsabiqə nəticəsində müvafiq istiqamət üzrə 311 layihəyə ümumilikdə 67 milyon manata yaxın güzəştli kredit ayrılıb. Bu layihələrdən 175-i II yarımil üzrə keçirilən müsabiqə çərçivəsində maliyyələşdirilib və həmin layihələr ümumilikdə 40 milyon manata yaxın güzəştli kreditlə təmin edilib.

Müsabiqə komissiyasının qərarına əsasən, sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahələrində fəaliyyət göstərən, eləcə də yaşıl layihələr üzrə kredit ayrılan layihələrin icra olunacağı regionlar, mikro, kiçik və ya orta sahibkarlıq subyektlərinə məxsus olması, kredit ayrılmış sahibkarlıq subyektinin kateqoriyası (qadın və gənc sahibkarlar) və kredit məbləği əsas götürülməklə, 1-ci yerə “Yelo Bank” ASC-nin nümayəndəsi Nahid Əhmədov, 2-ci yerə "Aqrarkredit" QSC-nin nümayəndəsi Rahib Səfərov, 3-cü yerə "Expressbank" ASC-nin nümayəndəsi Emil Həmidov layiq görülüb. Qaliblər diplomlarla təltif ediliblər.

VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü?