25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Gələn il işğaldan azad edilmiş ərazilərə 100 milyon manatdan artıq yardım ayrılması nəzərdə tutulur

Gələn il işğaldan azad edilmiş ərazilərə 100 milyon manatdan artıq yardım ayrılması nəzərdə tutulur

Qarabağ Dirçəliş Fondunun fəaliyyət istiqamətləri və prioritetləri Prezident İlham Əliyevin müəyyən etdiyi istiqamətlərə uyğun olaraq qurulub. 2024-cü ildə həyata keçirilmiş layihələr və 2025-ci il üçün nəzərdə tutulan fəaliyyətlər arasında Qarabağda həyata keçirilən infrastruktur və mədəni irs layihələri, eləcə də sosial-iqtisadi təşəbbüslər xüsusi yer tutacaq.

Bu sözləri Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Fondun 2025-ci il üçün nəzərdə tutulan təşviqat fəaliyyəti çərçivəsində yeni əməkdaşlıqların müzakirəsi məqsədilə təşkil olunan tədbirdə jurnalistlərə açıqlamasında söyləyib.

R.Hacıyev bildirib ki, Fondun növbəti il üçün təsdiq olunmuş büdcəsinə əsasən, işğaldan azad edilmiş ərazilərə 100 milyon manatdan artıq əvəzsiz yardım ayrılması nəzərdə tutulur: “Bundan əlavə, Qarabağda yaşıl enerji layihələri və turizm potensialının inkişafı da diqqət mərkəzindədir. Xüsusi qeyd edilməlidir ki, Şuşa və Ağdam şəhərlərində tarixi irsin bərpası istiqamətində mühüm layihələr həyata keçirilir. Şuşada karvansarayların bərpası və Ağdamdakı İmarət Xan sarayı kompleksinin yenidən qurulması Fondun Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirdiyi əsas layihələrdəndir. Həmçinin Şahbulaq qalasının bərpası və ətrafında turizm infrastrukturunun yaradılması istiqamətində işlər davam etdirilir”.

AZƏRTAC

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?