18 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Bizdən Biznesə” startap müsabiqəsinin nəticələri açıqlanıb

Startaplara dəstək məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı ilə “AccessBank” QSC tərəfindən həyata keçirilən “Bizdən Biznesə” startap müsabiqəsinin qalibləri açıqlanıb.

Oktyabr ayında elan olunmuş müsabiqəyə startaplar və sahibkarlar tərəfindən bir ay ərzində 500-dən çox müraciət daxil olub. Münsiflər heyəti tərəfindən təqdim olunmuş layihələr arasından innovativ, kreativ, davamlılıq və gəlirlilik meyarlarına cavab verən 3 layihə qalib olaraq seçilib. I yerin sahibi “Climasel” soyutma panelləri istehsalı layihəsinin müəllifi Xəyalə Miriyeva, II yerin sahibi kənd təsərrüfatı və qida tullantılarının bioloji emaldan keçirərək alternativ heyvan mənşəli protein və yağ əlavələrinin istehsalı layihəsinin müəllifi Rafiq Mirzəyev, III yerin sahibi isə arı mumlu örtüklərin istehsalı layihəsinin müəllifi Fidan Əlisoy olub.

“Bizdən Biznesə” startap müsabiqəsinin yekunlarına və qaliblərin mükafatlandırılmasına həsr olunmuş tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “AccessBank”ın İdarə Heyətinin sədri Davit Tsiklauri ölkəmizdə startap ekosistemi, yeni biznes ideyaların və innovativ layihələrin reallaşdırılmasına dövlət dəstəyi tədbirləri və güzəştlər, eləcə də bu sahədə dövlət-özəl əməkdaşlığı, özəl sektorun startaplara dəstəyi barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, belə layihələr innovativ həllərin yaranmasına, startap layihələrinin inkişafına və yeni ideyaların biznesə çevrilməsinə öz töhfəsini verir.

Sonra biznes planın həyata keçirilməsi üçün “AccessBank” tərəfindən I yerin sahibinə 25000 manat, II yerin qalibinə 20000 manat və III yerin sahibinə 15000 manat həcmində mükafat təqdim edilib. Qaliblər mükafatı yalnız nağdsız hesablaşma formasında istifadə edə biləcəklər. Bundan başqa, qaliblər bir il ərzində “AccessBank” vasitəsilə ölkə daxilində aparılan bütün bank əməliyyatları üzrə komissiya ödənişlərindən azad edilib.

VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər?