19 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Xidməti “Rəqabət terminlərinin izahlı lüğəti”nin təkmilləşdirilmiş II nəşrini təqdim edib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Rəqabət terminlərinin izahlı lüğəti”nin təkmilləşdirilmiş II nəşri təqdim edilib.

Dövlət Xidmətinin məlumatına görə, rəqabət tənzimləmələri zamanı istifadə olunan terminlərin nəzəri və praktiki əsasları da nəzərə alınaraq hazırlanmış lüğətin nəşrində məqsəd rəqabət iqtisadiyyatı və rəqabət hüququ sahəsində dövlət qulluqçularını, hüquqşünasları, iqtisadçıları, özəl sektorda çalışan müxtəlif peşə sahiblərini, tələbələri və ümumiyyətlə, rəqabətlə maraqlanan hər bir vətəndaşı maarifləndirməkdən ibarətdir.

Lüğətdə 160-dan çox rəqabət tənzimləmələri termini yer alıb. Bu zaman terminlərin rəqabət qanunvericiliyindəki ümumi mənası nəzərə alınaraq milli qanunvericiliyə, beynəlxalq təşkilatların və bir sıra ölkələrin rəqabət siyasəti ilə bağlı nəşrlərinə istinad edilib. Bununla da geniş ictimaiyyətin terminlərlə bağlı əhatəli məlumat əldə etmək imkanları təmin edilb.

Lüğətin ilk nəşrində istifadə edilən bir sıra terminlərin izahı genişləndirilib, praktiki nümunələr əlavə edilərək istifadəsi asanlaşdırılıb. Bundan əlavə, bir sıra yeni terminlər də bu nəşrdə lüğətə əlavə edilib və bütün terminlərin Rəqabət Məcəlləsinə uyğunlaşdırılması təmin edilib.

Lüğətin istifadəsi rəqabət tənzimləmələri sahəsinə ictimai marağı artıracaq və maarifləndirmə prosesini sürətləndirəcəkdir. Bu baxımdan lüğət ümumi istifadə üçün nəzərdə tutulub və normativ hüquqi akt xüsusiyyətlərini daşımır.

“Rəqabət terminlərinin izahlı lüğəti” elektron formatda Dövlət Xidmətinin rəsmi internet səhifəsində “Məlumat mərkəzi” bölməsində (https://bit.ly/4075lL3) yerləşdirilib.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?