25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycanın investisiya potensialı Polşada təqdim olunub

Azərbaycanın investisiya potensialı Polşada təqdim olunub

Varşava şəhərində Polşa Ticarət Palatasının təşkilatçılığı ilə "Asiya ölkələrində biznesin aparılması – necə uğurlu olmaq" adlı praktiki konfrans keçirilib.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, tədbirin əsas məqsədi əlverişli coğrafi mövqeyi, zəngin təbii resursları, Orta Dəhlizdə yerləşməklə nəqliyyat-logistika və tranzit imkanları ilə seçilən Qafqaz və Mərkəzi Asiya ölkələrində biznes imkanları, Polşa şirkətlərinin bu bazarlara ekspansiyası və ikitərəfli işgüzar əlaqələrin qurulması üçün praktiki məsləhətlərin verilməsi olub.

Konfransın açılış mərasimində Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova, "Polşa şirkətləri Asiya bazarında: Azərbaycan, Qazaxıstan, Özbəkistan, Hindistan" panelində isə Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi Nemət Nağdəliyev, Polşa-Asiya Ticarət Palatasının sədri Yanuş Piexoçinski, Polşa-Qazaxıstan Ticarət Palatasının sədri Piotr Quzovski, Polşa-Hindistan Ticarət Palatasının sədri Cavahar Sinqx, "Beynəlxalq Münasibətlər Mərkəzi" araşdırma mərkəzinin rəhbəri, politoloq və akademik Malqorjata Bonikovska çıxış ediblər.

Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi Azərbaycan və Polşa arasında ikitərəfli iqtisadi əlaqələrin cari vəziyyəti, ticarət nümayəndəsi aparatının bu istiqamətdə gördüyü işlər, Azərbaycanda xarici investisiya imkanları, o cümlədən xüsusi iqtisadi zonalar və azad olunan ərazilərdə xarici investorlara təklif edilən biznes imkanları barədə məlumat verib. Ticarət nümayəndəsi aparatının Polşa şirkətlərinin Azərbaycandan olan tərəfdaşlarla işgüzar əlaqələrinin inkişafına dəstək göstərməyə hazır olduğu bildirilib.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?