18 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Üçüncü “Uğur yolu” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev üçüncü “Uğur yolu” karyera inkişafı proqramının qalibləri ilə görüşüb.

Elnur Əliyev müsabiqə qaliblərini əldə etdikləri nailiyyət münasibətilə təbrik edib. Müsabiqənin potensial rəhbər şəxslərin üzə çıxarılması və onların inkişafında mühüm rol oynadığı diqqətə çatdırılıb. Qaliblərin maraq dairəsi, təhsil və şəxsi inkişaf hədəfləri dinlənilib. Mentorluq proqramı çərçivəsində görüləcək işlər müzakirə edilib. Qaliblər mentorluq proqramının bilik və bacarıqlarının inkişafında faydalı olacağını vurğulayıblar.

İqtisadiyyat nazirinin birinci müavini görüş iştirakçılarına idarəçilik sahəsində təcrübələrinin artırılması ilə bağlı tövsiyələrini verib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

"Uğur yolu" karyera inkişaf proqramı İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların əməkdaşları arasında yeni nəsil liderlərin yetişdirilməsi, idarəçilik keyfiyyətləri yüksək olan perspektivli kadrların müəyyən edilməsi, onların hərtərəfli inkişafı və peşə hazırlığının dəstəklənməsi, kadr ehtiyatı bankının formalaşdırılmasını təmin etmək məqsədilə təsis olunub. Qaliblər müxtəlif təlimlərə, fərdi inkişaf proqramına və mentorluq proqramlarına cəlb olunurlar.

VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi?