14 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İnvestisiya şirkətlərinin aktivləri 90 faizədək artıb

2023-cü ilin sonu ilə müqayisədə investisiya şirkətlərinin aktivləri 89 faiz (107 milyon manat) artaraq 228 milyon manat, öhdəlikləri isə 1,4 dəfə (105 milyon manat) artaraq 180 milyon manata çatıb.

Azərbaycan Mərkəzi Bankının Maliyyə Sabitliyi Hesabatına əsasən, investisiya şirkətlərinin aktiv və öhdəliklərindəki artımı şərtləndirən əsas amil repo/əks-repo əməliyyatlarının həcminin artımı ilə bağlı olub. Belə ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ildə repo bazarındakı əməliyyatlar iki dəfədən çox artıb.

Dövr ərzində investisiya şirkətlərinin müştəri aktivləri genişlənib. 2023-cü ilin sonu ilə müqayisədə investisiya şirkətlərinin müştəri aktivləri 8 faiz (121 milyon manat) artaraq 1,721 milyard manata çatıb. Müştəri aktivlərində artımın əsas səbəbi xarici bazarda broker xidmətləri olub. Belə ki, xarici bazarda broker xidmətləri üzrə müştəri aktivləri 6,4 faiz (83 milyon manat) artıb.

2024-cü ilin ilk yarımilinin sonuna olan məlumatlara əsasən, sektor üzrə məcmu kapital 46 milyon manat, tələb olunan kapital isə 5,2 milyon manat təşkil edib ki, bu da investisiya şirkətlərinin kifayət qədər kapital buferinə sahib olmasını şərtləndirir.

Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir?