25 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mikayıl Cabbarov: “Xəzərin “yaşıl enerji”nin istehsal və ixracı mərkəzinə çevrilməsi prioritetimizdir"

İşğaldan azad edilmiş torpaqlarımızda “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji zonası” konsepsiyalarının tətbiqi, bu ərazilərdə yaşıllaşma və karbonsuzlaşma sahəsində xarici investisiyalı müəssisələrin yaradılması ilə bağlı addımlar atılıb.

Bunu Bakıda keçirilən Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumda çıxış edərkən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazirin sözlərinə görə, Qarabağda və Şərqi Zəngəzurda hidroenergetika potensialı fəal şəkildə inkişaf etdirilir.

"COP29 vasitəsilə biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “Karbon neytrallığı” konsepsiyaları əsasında layihələrin icrası barədə maraqlı tərəfləri daha geniş məlumatlandırmağa çalışacağıq. Bərpaolunan enerjinin xarici ivestisiya hesabına inkişafı, azad edilmiş ərazilərin boz zonadan “yaşıl enerji” zonasına, Xəzərin “yaşıl enerji”nin istehsal və ixracı mərkəzinə çevrilməsi prioritetimizdir", - Mikayıl Cabbarov deyib.

Nazir əlavə edib ki, karbon qiymətləndirilməsi prosesində kiçik və orta biznesin maraqlarını gözləməklə, onların inkişaf meyillərini dəstəkləməklə və bu sahədə toplanan vəsaitlərin, karbon vergilərinin yenidən biznesə reinvestisiya edilməsi ilə biznesin inkişafına dövlət dəstəyi tədbirlərini əhatə etməklə iştirak planlaşdırılır.

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?