25 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Pərviz Şahbazov: “2 QVt gücündə yaşıl enerji layihələrimiz beynəlxalq investorlar tərəfindən maliyyələşdirilir”

“Münbit sərmayə və əməkdaşlıq mühiti sayəsində 2 QVt gücündə yaşıl enerji layihələrimiz beynəlxalq investorlar tərəfindən maliyyələşdirilir. 2 milyard dollar civarında investisiya və dünyanın aparıcı enerji şirkətləri ilə tərəfdaşlığımız imkan verir ki, 2027-ci ilə bərpaolunan enerjinin quraşdırılmış gücdə payını 33 faizə yüksəldək. Bu məqsədlə bu elektrik stansiyalarının şəbəkəyə vaxtında və problemsiz inteqrasiyası üçün şəbəkənin gücləndirilməsinə AYİB, Dünya Bankı ilə yanaşı dövlətin də maliyyə dəstəyi cəlb olunub.”

Energetika Nazirliyindən verilən məlumata görə, bunu nazir Pərviz Şahbazov Almaniyanın Hamburq şəhərində keçirilən “Wind Energy Hamburg” Konfransı çərçivəsində “İnvestisiyalar və qlobal əməkdaşlıq” panelində çıxış edərkən deyib.

Tədbirdə Xəzər dənizinin 157 QVt-lıq külək enerji potensialı əsasında 2037-ci ilədək beynəlxalq enerji şirkətləri ilə mərhələlərlə həyata keçiriləcək 18 QVt-lıq elektrik enerjisi, “yaşıl hidrogen” və “yaşıl ammonyak”ın istehsalı, həmçinin üç yaşıl enerji dəhlizi layihələri barədə məlumat verilib. Xüsusilə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” 2040-cı ilədək elektrik enerjisinə tələbatın 50 faiz artacağı, hidrogen idxalı ilə bağlı planları və enerji təhlükəsizliyi kontekstində Avropa İttifaqının strateji marağında olan layihə kimi dəyərləndirilib. Həmçinin dənizdə külək enerjisi stansiyaları üçün avadanlıq istehsalı, hidrogen, enerji saxlama sistemləri, yaşıl enerji dəhlizi layihəsi, elektrik enerjisi axınının optimallaşdırılması üçün Avropanın elektrik enerjisi istehlakçılarının Azərbaycanda istehsal olunan külək enerjisi ilə əlaqələndirilməsi üzrə geniş əməkdaşlıq imkanları Avropa Külək Enerjisi Assosiasiyası və alman şirkətləri ilə tərəfdaşlığı inkişaf etdirmək aspektində diqqətə çatdırılıb.

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?