14 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Litium akkumulyatorlarının istehsalına 500 min dollar investisiya yatırılacaq

Azərbaycanda ilk dəfə olaraq litium akkumulyatorlarının istehsalına başlamağı planlaşdıran “Sakuraz Green Energy” şirkəti bu layihənin gercəkləşməsinə 450-500 min ABŞ dolları investisiya yatıracaq. Bunu "Azərbaycan iqtisadiyyatı" Teleqram kanalına İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Sakuraz Green Energy” MMC-nin direktor müavini Əhmədiyyə Cabbarov deyib.

Onun sözlərinə görə, gələn ilin əvvəlində litium akkumulyatorlarının istehsalı üçün yeni avadanlıqlar almaq, təxminən 4 ay sonra hazırkı zavodda istehsala başlamaq nəzərdə tutulur. Məhsullar ilk növbədə yerli bazar üçün nəzərdə tutulacaq. Yerli bazarın tələbatı az olarsa, ixrac da həyata keçiriləcək. İstehsala başladıqdan sonra Azərbaycan dünyada litium akkumulyatorları istehsal edən azsaylı ölkələrdən biri olacaq.

Ə.Cabbarov hazırda litium akkumulyatorlarının bərpası ilə məşğul olduqlarını, ay ərzində təxminən 200-300 akkumulyator bərpa etdiklərini açıqlayıb.

Xatirladaq ki, litium akkumulyatorları sənaye ilə yanaşı, elektriklə işləyən avtomobillərdə, elektrikli skuterlərdə, velosipedlərdə və s. geniş istifadə edilir.

İlhamə İSABALAYEVA

Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir?