25 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Əsrin müqaviləsi”nin 30 illiyi münasibətilə hazırlanan xalçaların kəsim mərasimi keçirilib

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində “Əsrin müqaviləsi”nin 30 illiyi münasibətilə hazırlanan eksklüziv, limitli kolleksiyaya daxil olan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib.

SOCAR-ın məlumatına görə, tədbirdə çıxış edən şirkətin prezidenti Rövşən Nəcəf 2024-cü ilin müstəqil Azərbaycan tarixində mühüm əhəmiyyətə malik “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü ilə əlamətdar olduğunu vurğulayıb. Rövşən Nəcəf xalqımızın Ümummilli Lideri, enerji strategiyamızın müəllifi Heydər Əliyevin təşəbbüsü ilə imzalanan bu tarixi sənədin ölkəmizin hərtərəfli və dayanıqlı tərəqqisini təmin etməklə yanaşı, regional əməkdaşlığın genişləndirilməsinə əlverişli zəmin yaratdığını diqqətə çatdırıb.

SOCAR prezidenti bu əlamətdar hadisə ilə bağlı il ərzində SOCAR tərəfindən silsilə tədbirlərin təşkil edildiyini, bu xüsusda, enerji siyasətimizdən bəhs edən markaların, “Əsrin müqaviləsi”nin 30-cu ildönümünə həsr olunmuş limitli xalça kolleksiyasının hazırlandığını qeyd edib.

Tədbirdə çıxış edən “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov Azərbaycan xalq-tətbiqi sənəti və onun mühüm qolu olan xalçaçılığın milli mədəniyyət tariximizdə özünəməxsus yer tutduğunu vurğulayıb. “Azərxalça” ASC ilə SOCAR arasındakı səmərəli əməkdaşlığın bu sahənin inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb.

“Əsrin müqaviləsi”nin ölkəmizin hərtərəfli inkişafında önəmli rola malik olduğunu vurğulayan İdarə Heyətinin sədri bu əlamətdar hadisənin 30-cu ildönümü münasibətilə eksklüziv, limitli kolleksiyaya daxil olan müxtəlif ölçülü xalçaların hazırlanmasının SOCAR ilə “Azərxalça” arasında səmərəli əməkdaşlığın təzahürü olduğunu bildirib, birgə fəaliyyətin gələcəkdə də uğurla davam etdiriləcəyinə inamını ifadə edib.

Daha sonra xalçaların kəsim mərasimi keçirilib.

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?