13 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda 10 min nəfər “4Sİ Akademiyası” çərçivəsində ödənişsiz kurslardan yararlanıb

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu və ABŞ-nin "Coursera" şirkəti tərəfindən birgə həyata keçirilən "4Sİ Akademiyası"nın pilot mərhələsi yekunlaşıb. Qeydiyyatdan keçən 10 min nəfər 1 il ərzində mərhələli şəkildə “Coursera” onlayn təhsil platformasından ödənişsiz yararlanmaq imkanı əldə edib. İştirakçılar 32 mindən çox kursa qatılıblar, təlimləri uğurla tamamlayanlar ümumilikdə 4 mindən çox beynəlxalq sertifikat əldə ediblər.

Layihənin məqsədi ölkədə rəqəmsal bacarıqların inkişafı, qabaqcıl texnologiyalar sahəsində biliklərin artırılması və əmək bazarında ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır. Təqdim edilən kurslar 4-cü sənaye inqilabı, rəqəmsal transformasiya, karyera və dil biliklərinə hazırlıq kimi kateqoriyalara bölünür. İstifadəçilərə Yel, Dyuk, Miçiqan, London, İllinois, Virciniya kimi 40 universitet və “Microsoft”, “IBM”, “Meta” və “Google” kimi şirkətlərin 800-ə yaxın kursundan yararlanmaq təklif edilib. Kursların ümumi müddəti 4-6 həftə olmaqla, video mühazirələr, tapşırıqlar və testlərdən ibarətdir.

Qeyd edək ki, “Coursera” onlayn təhsil platformasından ödənişsiz yararlanmaq istəyənlər üçün yaş və digər məhdudiyyətlər qoyulmayıb. Həyat boyu öyrənmənin təminatı layihənin məqsədlərindən biridir. Kursları uğurla başa vuran iştirakçılar “Coursera”nın beynəlxalq səviyyədə tanınan sertifikatlarını əldə edirlər. “4Sİ Akademiyası” istifadəçilərinin ən çox müraciət etdiyi kurs "DeepLearning.AI" tərəfindən təklif olunan "Hamı üçün süni intellekt" (3,5 min istifadəçi) proqramı olub. IBM şirkətinin "Data elmi nədir?" və Nyu-York Dövlət Universitetinin "Blokçeynin əsasları" kurslarının hər birindən 3 min nəfər yararlanıb.

Layihənin milli proqram şəklində davam etdirilməsi nəzərdə tutulub.

VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur?