25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İş adamları qabaqcıl çağırışlara uyğun innovativ istehsal sahələri qurur

İş adamları qabaqcıl çağırışlara uyğun innovativ istehsal sahələri qurur

Azərbaycanda yaşıl iqtisadiyyatın inkişafı, yaşıl layihələrin icrası iqtisadi səmərəliliklə yanaşı, ekoloji təhlükəsizliyin qorunmasına hesablanıb.

“Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfransda çıxış edərkən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib ki, yaşıl biznesin inkişafı üçün əlverişli normativ baza formalaşdırılır, bir sıra analoji alətlər tətbiq olunur.

"Son bir neçə ildə həyata keçirilən vergi siyasətində yaşıl iqtisadiyyatın dəstəklənməsi ilə bağlı qanunverici təşəbbüslər yer alıb. Ətraf mühitin qorunması üçün vergi güzəştləri, köhnə maşınların ölkəyə idxalının məhdudlaşdırılması, avtomobillərin utilizasiyası, elektrik və hibrid avtomobillərin idxalının stimullaşdırılması, alternativ enerjinin dəstəklənməsi sahəsində güzəştlər və s. kimi tədbirlər ölkənin gündəliyinin yaşıl enerji ilə bağlılığından irəli gəlir",- M.Cabbarov bildirib.

Nazir qeyd edib ki, ortamüddətli perspektivdə ölkənin vergi siyasətində yaşıl enerjinin dəstəklənməsi prosesi davam etdiriləcək.

"İqlim dəyişikliyinə qarşı mübarizə və yaşıl texnologiyalardan istifadənin genişləndirilməsi məqsədilə ekoloji və “yaşıl” vergilərin tətbiq dairəsinin müəyyən edilməsi istiqamətində iş aparılır. Bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, karbon emissiyasının azaldılması məqsədilə “karbon vergisi” və ya analoji verginin tətbiqi imkanlarının qiymətləndirilməsi nəzərdən keçirilir.",- M. Cabbarov qeyd edib.

Nazır yaşıl iqtisadiyyata dəstək tədbirlərindən biri kimi sənaye parklarını, xüsusilə tullantıların təkrar emalı sahəsində ixtisaslaşan Balaxanı Sənaye Parkını qeyd edərək, Parkın ölkədə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun inkişafı, istehsal sahəsində məşğulluğun artırılması, Bakı şəhəri və ətraf qəsəbələrdə ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət etdiyini vurğulayıb .

"İş adamlarımız yaradılmış bu imkanlardan faydalanaraq, qabaqcıl çağırışlara uyğun innovativ istehsal sahələri qurur"- M.Cabbarov qeyd edib.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?