24 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Naxçıvanda ilk dəfə müsabiqə yolu ilə 1 torpaq sahəsi mülkiyyətə verilib

Naxçıvan şəhər Əliabad bələdiyyəsinə məxsus 1 torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı ilk dəfə torpaq müsabiqəsi keçirilib.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, məktəb və bağça binasının tikintisi məqsədilə müsabiqəyə çıxarılan torpaq sahəsinin müsabiqə prosesində qeydiyyatdan keçən 2 sifarişçi iştirak edib.

Müsabiqədə torpaq sahəsinə dair təkliflər sifarişçilər tərəfindən möhürlü zərflərdə komissiya üzvlərinə təqdim edilib. Qanunvericiliyə müvafiq olaraq, möhürlü zərflər komissiya üzvlərinin iştirakı ilə açılıb və ən yüksək qiymət təklif edən sifarişçi müsabiqənin qalibi elan olunub.

26 sentyabr tarixdə növbəti torpaq müsabiqəsinin keçirilməsi nəzərdə tutulub. Keçiriləcək müsabiqə ilə bağlı elan Əmlak Məsələləri Dövlət Xidmətinin və “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin rəsmi internet saytlarında yerləşdirilib.

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?