24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
"KOB könüllüləri" proqramına daha 54 gənc qoşulub

"KOB könüllüləri" proqramına daha 54 gənc qoşulub

Ölkəmizdə könüllülük hərəkatının genişlənməsinə öz töhfəsini verən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “KOB könüllüləri" proqramına bu ilin yanvar-iyun ayları ərzində müraciətlərin qəbulu davam edib və seçim meyarlarına uyğun olan 54 gənc proqrama cəlb edilib.

“KOB könüllüləri” proqramına müraciətlərin böyük əksəriyyəti Agentliyin saytı üzərindən “KOB könüllüsü ol” bölməsi vasitəsilə daxil olub.

Könüllülər KOBİA-nın Aparatında, KOB evləri və KOB dostu ofislərində sahibkarların qarşılanaraq xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının idarə edilməsi, sahibkarların məlumatlandırılması və digər işlərdə köməklik göstərirlər.

Qeyd edək ki, indiyədək 700-dən çox gənc KOBİA-nın “KOB könüllüləri” proqramına qoşulub. “KOB könüllüləri” proqramı gənclərin, xüsusilə də idarəetmə, biznes və menecment ixtisasları üzrə təhsil alan tələbə və magistrların müvafiq sahədə bilik və bacarıqlarını, dünyagörüşünü artırmasına, ilkin əmək vərdişlərinə yiyələnmələrinə dəstək olur.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?