25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
SOCAR tərəfindən Xorvatiyaya qaz təchizatına başlanılıb

SOCAR tərəfindən Xorvatiyaya qaz təchizatına başlanılıb

1 sentyabr 2024-cü il tarixindən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Xorvatiyaya qaz təchizatına başlanılıb.

SOCAR-ın məlumatına əsasən, Azərbaycan və Xorvatiya hökumətləri arasında mövcud olan uğurlu əməkdaşlıq nəticəsində qış mövsümü ərəfəsində Azərbaycan qazının PPD şirkəti və MET Qrup vasitəsilə Xorvatiyaya çatdırılması ölkəmizin Avropanın etibarlı enerji tərəfdaşı və qaz təchizatçısı kimi rolunu daha da möhkəmləndirir.

Azərbaycan ilə Xorvatiya arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addım olan bu hadisə SOCAR-ın Avropa daxili bazarları üçün enerji mənbələrinin şaxələndirilməsi üzrə öhdəliyinə sadiqliyini nümayiş etdirməklə qitənin enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.

Beləliklə, Xorvatiya Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya və Sloveniya ilə birlikdə Azərbaycan qazını alan onuncu ölkə olub.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?