23 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mikayıl Cabbarov: Azərbaycan və Özbəkistanın üçüncü ölkələrdə birgə fəaliyyəti genişləndirmək imkanları var

“Azərbaycan və Özbəkistanın iqtisadiyyatı dinamik inkişaf edir. Azərbaycan sahibkarlarının Özbəkistandakı fəaliyyətə marağında dəfələrlə artım var. Bu, bizi çox məmnun edir”.

Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan biznes forumunda çıxışı zamanı deyib.

Ölkələr arasında birgə investisiya alətinin (Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti - red.) mövcud olduğunu qeyd edən nazir onun gələcək səmərəli fəaliyyətinə ümid etdiyini bildirib. Mikayıl Cabbarov, həmçinin təkcə Azərbaycan və Özbəkistanda deyil, üçüncü ölkələrdə də sahibkarlar arasında birgə fəaliyyətin genişləndirilməsi imkanlarının olduğunu vurğulayıb.

Nazir xatırladıb ki, bir həftə əvvəl Azərbaycan və Özbəkistanın müvafiq nazirlik və şirkətlərinin nümayəndələrinin Əfqanıstana birgə səfəri baş tutub. Bu, birgə fəaliyyət üçün potensial və perspektivli sahədir. Eyni zamanda, o, əlavə edib ki, bu, iki ölkənin uğurla işləyə və planlarını həyata keçirə biləcəyi yeganə yurisdiksiya deyil.

Nazir onu da əlavə edib ki, qurulmuş nəqliyyat və logistika tərəfdaşlığı gözlənilən nəticələri verir. Nazirin qeyd etdiyi kimi, hər iki istiqamətdə yükdaşımalarda sabit artım və ikiqat faizlə (ildə təxminən 20-30 faiz) artım müşahidə olunur. Bu kontekstdə nazir keçirilən görüşlərin və tədbirlərin əhəmiyyətini vurğulayıb.

VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur?