13 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan şirkəti 3 ölkəyə qapı və pəncərə materialları ixrac edəcək

Azərbaycanda qapı və pəncərə materiallarının istehsalı ilə məşğul olan “Klaus Place” MMC Macarıstana, Almaniyaya və Çex Respublikasına məhsul ixrac etməyə hazırlaşır. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına şirkətin direktoru Mübariz Cavad deyib.

Onun sözlərinə görə, bunun üçün artıq bir sıra görüşlər keçirilib. Hazırda isə Gürcüstana və Türkmənistana məhsul ixracı həyata keçirilir.

“Bizim məhsullar keyfiyyətinə görə Avropa məhsulları ilə yarışa girə bilir” deyən M.Cavadın sözlərinə görə, qapı və pəncərə istehsalı üçün tələb olunan xammalı Rusiya və Türkiyədən aldıqları xam maddəyə müxtəlif inqrediyentlər qatmaqla əldə edirlər: “Qapı, pəncərə sexləri olan sahibkarlar bizdən 6 metrlik materialı alır və ondan qapı, pəncərə hazırlayaraq satırlar. 9 illik fəaliyyətimizin 6 ilində həm də ixracla məşğul olmuşuq. İlk dövrlərdə daxili tələbatımızı ödəmək üçün çalışdıq, ondan sonra isə xarici bazarlara üz tutduq”.

VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur?