11 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Yaşıl” kreditlər və “yaşıl” istiqrazlarla bağlı vahid taksonomiya hazırlanır

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) təşəbbüslə çıxış edə bilər.

Bu barədə Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə açıqlama verib. Onun sözlərinə görə, tədbirlər çərçivəsində “yaşıl” maliyyə ilə bağlı vahid taksonomiyanın hazırlanıb istifadə edilməsi təklif olunacaq: “Hazırda 50-yə yaxın ölkənin bununla bağlı taksonomiyası var. Amma onlar arasında əlaqələr kifayət qədər möhkəm deyil, daha pərakəndə formada, hər ölkədə ayrıca hazırlanıb. Bundan çıxış edərək Azərbaycanın “yaşıl” kreditlər və “yaşıl” istiqrazlarla bağlı vahid taksonomiyanın hazırlanması təşəbbüsünü irəli sürməsi ideyası ortaya çıxdı. Hazırda 2 beynəlxalq qurumla həmin təşəbbüs üzərində işləyirik. Əgər alınarsa, COP29-da təqdim etməyi planlaşdırırıq”.

Ş.Mahmudzadə əlavə edib ki, Azərbaycan Mərkəzi Bankının COP29-la bağlı görəcəyi tədbirləri bir neçə istiqamətə bölmək olar: "1-ci istiqamət daxili bazarda dayanıqlı maliyyə infrastrukturunun yaradılması ilə bağlıdır. Bu, həm "yaşıl" istiqrazların, həm də digər dayanıqlı maliyyə alətlərinin müəyyənləşdirilməsi və hüquqi infrastrukturun yaradılmasından ibarətdir. 2-ci istiqamət bank sistemində dayanıqlı maliyyə ilə bağlı risk idarəetmə sistemlərinin formalaşdırılmasıdır. 3-cü istiqamət hesabatlılıq formasının müəyyənləşdirilməsidir. 4-cü istiqamət ümumilikdə ekosistemi dayanıqlı maliyyə alətlərinin istifadəsinə hazırlamaqdır. Biz COP-29-la bağlı gündəliyimizi sürətləndirmişik və bəzi işləri önə keçirmişik".

Ş.Mahmudzadə banklar, sığorta şirkətləri və "Bakı Fond Birjası" QSC ilə birgə COP29 çərçivəsində müəyyən tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Onun sözlərinə görə, banklar ortamüddətli perspektivdə dayanıqlı maliyyə alətlərinə nə qədər investisiya qoyacaqlarını açıqlamağı planlaşdırırlar.

VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?