26 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda ilk dəfə olaraq elektrikli avtomobillər üçün şarj cihazları istehsal ediləcək

Ağdam Sənaye Parkının rezidenti “Eel Electric” MMC-nin elektrik paylayıcı avadanlıqların və elektrik yuvalarının istehsalı müəssisəsində görülən işlərin 85 faizi yekunlaşıb.

İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, Türkiyə və Avropanın qabaqcıl ölkələrindən avadanlıqlar gətirilib, yaxın vaxtlarda onların quraşdırılmasına başlanılacaq.

Müəssisədə 35-10 kV daxili və xarici tip paylayıcı qurğular, 0.4 kV güc və idarəetmə panelləri, kondensator qurğuları, müxtəlif güclərdə transformator məntəqələrin istehsalı həyata keçiriləcək.

Şirkət tərəfindən, həmçinin Azərbaycanda ilk dəfə olaraq elektrikli avtomobillər üçün şarj cihazlarının istehsalı nəzərdə tutulur.

Qeyd edək ki, Ağdam Sənaye Parkının 1,7 hektar ərazisində inşa edilən müəssisədə 70 nəfər daimi işlə təmin ediləcək. İstehsal olunan məhsulların əsasən Qarabağda aparılan tikinti-quraşdırma işlərində geniş istifadə edilməsi planlaşdırılır.

VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü?